Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüş keçirilib.Azərtac xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirakçılara Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib.Bildirib ki, tolerantlıq ənənələri azərbaycançılıq ideologiyasının əsas dayağıdır. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən QMİ sədri əlavə edib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemi demək olar özü həll edib. Görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Alban-Udi xristian icmasının sədri Robert Mobili çıxış edərək Azərbaycanın tarix boyu beynəlmiləl dövlət olduğunu deyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…