Azərbaycan və Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik.Azərtac xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında əksini tapıb.Bəyanatda deyilir: “Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmada siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir.Biz dünya ictimaiyyətini Myanmadakı barbarlıq hallarına, islamofobiya, dini ayrı-seçkiliyin dəhşətli nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Dünya dövlətləri, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, müvafiq beynəlxalq qurumlar, dünyanın dinindən, əqidəsindən asılı olmayaraq dini liderləri qətiyyətli şəkildə Myanma hökumətini bu cinayətlərə real şəkildə son qoyulmasına çağırmalı, bunun üçün mümkün vasitələrlə təzyiq göstərməlidirlər.Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…