Bu il dünya üzrə Həccə ziyarətinə yalnız milli aviasiyası ilə uçuşlar təşkil edəcək ölkə Azərbaycandır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumata görə, hazırda nümayəndə heyətləri ziyarətə son hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanındadır. Nümayəndə heyətindən bildirilib ki, bu il Həccə ziyarətinə yalnız milli aviasiyası ilə uçuşlar təşkil edəcək ölkə Azərbaycan olacaq. Bu il Azərbaycandan Həccə yola düşəcək zəvvarları gediş-gəliş uçuşlarını yalnız “Azerbaycan Havayolları” (AZAL) həyata keçirəcək. Həccə digər ölkələrdən gələcək zəvvarların isə qayıdış uçuşlarını Səudiyyə Kralı ailəsinə məxsus aviareyslər həyata keçirir. Bu şərt bu il yalnız Azərbaycana tətbiq olunmayıb. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…