Аzərbаycаndа bu il Qurban bayramı 12 sentyabr tarixinə təsadüf edir. Bayram namazı Azərbaycan məscidlərində həmin gün qılınacaq. Dövlətimiz rəsmi olaraq iki gün – 12-13 sentyabr tarixlərini Qurban bayramı münasibətilə qeyri-iş günləri elan edib. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, bu müqəddəs bayramda kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunsun. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşımız, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…