“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində iyulun 8-dən 12-dək “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” adlı beynəlxalq layihə həyata keçirəcək. İctimai Birlikdən Azərtac-a bildiriblər ki, layihə Avropa İttifaqı, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə, ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin könüllülük işlərinə daha geniş miqyasda təşviqini və könüllülük prinsipinin təkcə gənclər işində deyil, eyni zamanda, digər dövlət və qeyri-dövlət strukturlarında tətbiqini əhatə edəcək. Layihənin məqsədi Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər qurumların könüllük sahəsində bu günədək əldə etdikləri təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” kampaniyası çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kampaniyanın avropalı gənclər arasında təbliğidir. Hazırda iştirakçıların seçimi həyata keçirilir. Təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən gənclər də iştirak edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…