Türkiyənin “Qalatasaray” komandası daha bir futbolçu ilə müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Qalatasaray” İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Fernandonu heyətinə cəlb edib. Otuz yaşlı təcrübəli futbolçunun transferi üçün İngiltərə klubuna 5 milyon 250 min avro ödənib.Braziliyalı futbolçu ilə üçillik müqavilə imzalanıb. O, “sarı-qırmızılılar”ın heyətində ildə 3,3 milyon avro məvacib alacaq.Qeyd edək ki, karyerası boyunca Braziliyanın “Vila Nova”, Portuqaliyanın “Porto” və “Estrela Amadora” komandalarında forma geyən Fernando 2014-cü ildən “Mançester Siti”nin heyətində çıxış edirdi. O, son mövsümdə İngiltərə klubunun heyətində 64 oyunda 4 qol vurub.Xatırladaq ki, “Qalatasaray” bir müddət əvvəl 7 milyon 500 min avro ödəyərək seneqallı yarımmüdafiəçi Badu Ndiayeni digər Türkiyə klubu “Osmanlıspor”dan transfer edib. Bu futbolçu son mövsüm Türkiyə Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 7 dəfə fərqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…