“Qalatasaray” daha bir futbolçu ilə müqavilə imzalayıb

31 Avqust 2017 17:22

Xəbər 938 dəfə oxunub

Türkiyənin “Qalatasaray” futbol klubu İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Kvadvo Asamoanı heyətinə cəlb edib.Türkiyə mətbuatı xəbər verir ki, 28 yaşlı təcrübəli futbolçunun transferi üçün İtaliya klubuna 4,7 milyon avro ödənəcək.Qanalı futbolçunun yaxın vaxtlarda İstanbula gələcəyi və ictimaiyyətə təqdim edildikdın sonra onunla dörd illik müqavilə imzalanacağı gözlənilir. O, “sarı-qırmızılılar”ın heyətində ildə 2,5 milyon avro maaş alacaq.Qeyd edək ki, karyerası boyunca Qananın “Liberti Profeşionals”, İsveçrənin “Bellinsiona”, İtaliyanın “Torino” və “Udineze” komandalarında forma geyən futbolçu 2012-ci ildən “Yuventus”da çıxış edir və 97 matçda 4 qol vurub. O, 2008-ci ildən Qana millisinin heyətində yer alır.xeber100.com