“Qalatasaray” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edib

8 Sentyabr 2020 08:59

Xəbər 697 dəfə oxunub

İstanbulun “Qalatasaray” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edib.Türkiyə mətbuatı xəbər verir ki, Super Liqa komandası İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Oqenekaro Peter Etobonu heyətinə qatıb.Nigeriya millisinin yarımmüdafiəçisi “Qalatasaray”da icarə əsasında çıxış edəcək. İstanbullular 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malik olacaqlar.“Qalatasaray” tezliklə bu keçidi rəsmən bəyan etməyə hazırlaşır.Qeyd edək ki, sentyabrın 17-də “Qalatasaray” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Bakcell Arena”da Bakının “Neftçi” komandası ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.xeber100.com