“Qalatasaray” futbol klubu “Portu”nu qəbul edib

12 Dekabr 2018 13:00

Xəbər 756 dəfə oxunub

Dekabrın 11-də UEFA Çempionlar Liqasında altıncı tura start verilib.Azərtac xəbər verir ki, turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, “Portu” qrup lideri (16), “Şalke” (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. “Lokomotiv” isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.xeber100.com