“Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir

11 İyun 2017 11:51

Xəbər 777 dəfə oxunub

İstanbulun “Qalatasaray” futbol klubu transfer çalışmalarını davam etdirir.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi Kiyevin “Dinamo” komandasının yarımmüdafiəçisi Yunes Belhanda ilə razılığa gəlib.“Qalatasaray”ın idman direktoru Cenk Ergün Mərakeşə gedərək futbolçu ilə danışıqlar aparıb. Transferin reallaşması üçün “Dinamo”nun da razılığını almaq lazımdır.Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.xeber100.com