“Qalatasaray” klubu “Barselona”nın yarımmüdafiəçisini transfer edəcək

25 Avqust 2020 14:21

Xəbər 1458 dəfə oxunub

Türkiyənin “Qalatasaray” futbol klubu İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul klubu xorvatiyalı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıb.Xorvatiyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir. 2019-2020-ci il mövsümündə Rakitiç Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 42 matç keçirib, bir qol vurub və 5 məhsuldar ötürmə edib.Qeyd edək ki, İ.Rakitiç, Samuel Umtiti, Arturo Vidal və Luis Suarezin “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın növbəti mövsüm üçün planlarına daxil edilmədiyi bildirilib.xeber100.com