“Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib

1 Sentyabr 2016 10:46

Xəbər 1338 dəfə oxunub

İstanbulun “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib. Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Naycel de Yonqu transfer edib. Bu keçid “sarı-qırmızılar” üçün pulsuz başa gəlib. Hollandiyalı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. Qeyd edək ki, 31 yaşlı futbolçu “Mançester Siti” və “Milan” kimi klublarda da çıxış edib.xeber100.com