Bu gün Türkiyənin “Qalatasaray” idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib.Apa-nın xəbərinə görə, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıb.Seçkinin nəticələri gözlənilməz olub və klub rəhbərliyini şoka salıb. Belə ki, Mustafa Cengiz 1703 səs alaraq “Qalatasaray” klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.Qeyd edək ki, D. Özbəkin səlahiyyət müddəti bu ilin may ayında bitəcəkdi. Lakin o, futbol komandasının Super Liqada uğursuz nəticələr almasından sonra fövqəladə seçki keçirmək barədə qərar qəbul edib. D. Özbək seçiləcəyi təqdirdə 3,5 il bu vəzifədə qalacağını bildirmişdi. M. Cengiz isə may ayında yenidən seçki keçirəcəyini elan etmişdi. Beləliklə, mayda “Qalatasaray”da yenidən prezident seçkisi gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…