“Qalatasaray” qış transfer dövründə heyətində dəyişikliklər etmək niyyətindədi. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib.“Qara siyahı”ya 3 legionerin adı daxil edilib. “Sarı-qırmızılılar”ın gələcək planlarına daxil olmayan oyunçuların sırasında komandadan uzaqlaşdırılan Naycel de Yonqla yanaşı, Rayan Donk da var. Göndəriləcək digər futbolçu isə Yasmin Latovleviçi və Martin Linnesdən biri olacaq.Əvəzində diqqətlər başqa 3 əcnəbi oyunçuya yönəlib. Hazırda “Atletiko”nun müdafiəçisi Filipe Luis, “Yuventus”un formasını geyinən Kvadvo Asamoa və “Şalke”nin üzvü Yevgen Konoplyanka ilə danışıqlar aparılır.Qeyd edək ki, “Qalatasaray” Türkiyə Superliqasının cari mövsümündə 15 turdan sonra 32 xal toplayıb və turnir cədvəlində birincidi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…