Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb.Azərtac xəbər verir ki, bu barədə Almaniyanın “Sport bild” qəzeti məlumat yayıb. Məlum olub ki, Çinin çempion klubu 31 yaşlı almaniyalı forvard üçün “sarı qırmızılara” 20 milyon avro təklif edib. Bundan başqa, “Guangzhou Evergrande” tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.Hazırda Podolskinin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.Carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…