“Qalatasaray”ın qapıçısı İngiltərə klublarının hədəfində

24 Aprel 2019 19:23

Xəbər 530 dəfə oxunub

“Qalatasaray”ın qapıçısı Fernando Muslera İngiltərə klublarının hədəfinə düşüb.Milli.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri – “Bornmut”la “Kristal Pelas” uruqvaylı qapıçı ilə maraqlanır. İstanbul klubu 32 yaşlı qapıçının transfer qiymətini və onunla bağlı mövqeyini açıqlamayıb.Qeyd edək ki, Muslera bu mövsüm 39 oyunda meydana çıxıb. 8 ildir “Qalatasaray”da çıxış edən qapıçının illik maaşı 4 milyon avrodur.xeber100.com