Qan təzyiqinin yüksək olması halları…

28 Yanvar 2017 17:58

Xəbər 825 dəfə oxunub

Hazırda dünyada yaşlı əhalinin təqribən hər dörd nəfərindən birinin arterial təzyiqi daim yüksək olur. Bununla bərabər, həmin xəstəlik barədə diaqnoz qoyulması 50 faizdən də az halları əhatə edir. Aparılmış hesablamalara görə, 2025-ci ilə qədər planetimizin sakinlərinin 1,5 milyarddan çoxu qan təzyiqinin yüksək olması halları ilə üzləşəcək. “Zdorovye” saytı bildirir ki, vaxtsız ölüm və əlillik riski faktorları arasında birinci yeri düzgün qidalanmama, ikinci yeri isə yüksək qan təzyiqi tutur. Risk faktorları arasında siqaret çəkməkdən və düzgün qidalanmadan sonra üçüncü yerdə hipertoniya dayanır. İnfarkt və insult hallarının təqribən yarısı bu vəziyyətlə bağlıdır.Araşdırmalar göstərir ki, arterial təzyiqin cəmi 10 millimetr civə sütunu qədər azaldılması ürəyin işemiya xəstəliyi riskinin 17 faiz, insultun 27 faiz, ürək çatışmazlığının 28 faiz, ümumi ölüm göstəricilərinin 13 faiz azalmasına səbəb ola bilər. Qan təzyiqinin artmasının risk amillərinə insanın yaşı, cinsi (65 yaşa qədər insanlarda bu amil kişilərdə, 65 yaşdan sonra isə qadınlarda daha tez-tez rast gəlir), etnik mənsubiyyət, irsiyyət, duzdan və alkoqoldan ifrat istifadə edilməsi, piylənmə və fiziki fəallığın aşağı olması aiddir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05