“LAYF” Xeyriyyə İctimai Birliyi Xocalı qurbanlarının xatirəsini Qanvermə aksiyaları ilə yad edəcək! Birlikdən verilən məlumata görə, bu qan aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar. Xocalı qurbanlarının anımına həsr olunmuş qan aksiyalarının təşkil edilməsində məqsəd Xocalı faciəsində amansızca qətlə yetirilmiş insanların xatirəsinin birlikdə yad edilməsi, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddan çıxarılmayacağının diqqətə çatdırılması, dünya birliyinin susduğu bu cinayət qarşısında xalqımızın həmrəyliyinin, birliyinin nümayiş etdirilməsi, humanist duyğuların inkişaf etdirilməsi, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza ictimai diqqət və qayğının artırılması, eyni zamanda könüllü və mütəmadi qan donorluğunun təbliğ edilməsidir.
Qan aksiyalarının “LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, “Qaraçay Holdinq”-in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulur.
Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 fevral 2016-cı il tarixində saat 1000 -dan 1630 -a qədər M. K. Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq Federasiyasının mərkəzində baş tutacaq. Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 fevral 2016-cı ildə saat 10 00 -dan 16 30 -a qədər “Qaraçay Holdinq”-in Xudu Məmmədov 4 C ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…