Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, növbəti belə nəcib və humanitar aksiya Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra burada keçirilən ilk qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. “Qan ver, yaşat” devizi altında keçirilən qanvermə aksiyasında Naxçıvan Muxtar Respublika prokurorunun köməkçisi Emil Abdullayev bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir.Bir neçə saat davam edən aksiyada prokurorluq orqanlarının 27 əməkdaşı könüllü olaraq qan verib. Onlardan götürülən 13,5 litr qan Mərkəzi Qan Bankına təhvil verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…