“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdamtəmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la oyununda vurub.
Bu topun müəllifi makedoniyalı yarımmüdafiəçi Murem Muaremdi. 2 il əvvəl 900-cü qolun müəllifi kimi tarixə düşən 28 yaşlı legioner iki əlamətdar qolu 703 gün intervalla vurub.
“Rəvan”ı 5:1 hesabı ilə məğlub edən “Qarabağ” 1000-ə oyundakı 2-ci qolla çatmaqla kifayətlənməyib, bu göstəricidə 1003-ə qədər irəliləyib.Ağdam təmsilçisi ölkə çempionatlarında “Neftçi”dən sonra 1000-i keçən 2-ci komandadı. “Qarabağ” mininci qolu 684-cü oyununda vurub. Bu matçların 21-də texniki nəticə qeydə alınıb. Texniki nəticə və ləğv olunan matçlar nəzərə alınmamaqla, 1003 dəfə fərqlənən “Qarabağ” ilk qolunu 1992-ci ildə vurub. Mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə görüşdə hesabı açan Mehman Alışanov nəinki klubun, ümumiyyətlə ölkə çempionatlarının ilk qoluna imza atıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…