“Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşmasında

19 Oktyabr 2017 14:00

Xəbər 1100 dəfə oxunub

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü avtobuslarla 35 mindən çox sərnişin daşınıb.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 23182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.xeber100.com