UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ərəfəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edən ispaniyalı futbolçular Dani Kintana və Miçel İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzetinə müsahibə veriblər.“Atletiko Madrid”in səfəri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır” sərlövhəli yazıda “Qarabağ” komandasının ispaniyalı futbolçuları Bakıda keçiriləcək oyuna azarkeşlərin böyük marağından, komandamızın mübarizəyə ciddi hazırlaşmasından bəhs ediblər.“AS” qəzetinin jurnalisti F.X.Diasın suallarını cavablandıran “Qarabağ”ın yarımmüdafiəçisi Miçel deyib: “Bu, azərbaycanlı futbol azarkeşləri üçün çox maraqlı oyundur və stadiona çoxlu sayda insanın gəlməsi gözlənilir. Bakı Olimpiya Stadionu yeni arenadır, burada ölkənin milli komandası öz oyunlarını keçirir. AFFA bizə UEFA Çempionlar Liqasındakı oyunlarımızı burada keçirməyə imkan yaradıb. Bu stadion 70 min azarkeş tutur və əminəm ki, arena “Atletiko Madrid” futbolçularının xoşuna gələcək”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…