“Qarabağ” – “F91 Düdelanj” qarşılaşmasının biletləri satışa çıxarılıb

9 İyul 2016 16:39

Xəbər 1526 dəfə oxunub

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “F91 Düdelanj” (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxarılıb. Azərtac  xəbər verir ki, azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5, VİP sektoruna isə 30 manatdır. Qeyd edək ki, “Qarabağ”-“F91 Düdelanj” matçı iyulun 12-si saat 21:00-da start götürəcək.xeber100.com