“Qarabağ” futbol klubu APOEL komandasının qonağı olub

7 Avqust 2019 11:36

Xəbər 632 dəfə oxunub

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Liqanın III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olub. Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 2:2

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) – 1:1

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0

“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) – 1:1.xeber100.com