“Qarabağ” futbol klubu BATE komandası ilə qarşılaşacaq

14 Avqust 2018 11:37

Xəbər 503 dəfə oxunub

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Belarusun BATE komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, “Borisov Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı latviyalı Andris Treymanis idarə edəcək. Ona Haralds Qudermanis və Aleksey Spasenikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.Bu komandalar arasındakı ilk görüş Belarus klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.Ağdam təmsilçisinin aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.u gün, həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.Bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Türkiyənin “Fənərbağça” klubu doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə ilk qarşılaşmada minimal hesabla uduzub – 0:1.Gün ərzində, həmçinin aşağıdakı görüşlər oynanılacaq:

“Dinamo Kiyev” (Ukrayna) – “Slaviya Praqa” (Çexiya) – ilk oyun -1:1

“Spartak” (Moskva, Rusiya) – PAOK (Yunanıstan) – ilk oyun 2:3

AEK (Yunanıstan) –“Seltik” (Şotlandiya) – ilk oyun 1:1

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – ilk oyun 2:0

“Videoton” (Macarıstan) – “Malmö” (İsveç) – ilk oyun 1:1

“Şkendiya” (Makedoniya) – “Zalstburq” (Avstriya) – ilk oyun 0:3

“Ayaks” (Hollandiya) – “Standard” (Belçika) – ilk oyun 2:2

“Spartak” (Trnava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya) – ilk oyun 1:1.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02