“Qarabağ” futbol klubu beşinci yoxlama oyununu keçirib

30 Yanvar 2018 12:39

Xəbər 758 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində beşinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Bosniya və Herseqovinanın “Sarayevo” komandası ilə qarşılaşıb.“Qarabağ” görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.Qeyd edək ki, “Qarabağ” bundan əvvəl Antalya toplanışı çərçivəsində “Kuban”la 2:2, “Lexiya” ilə 1:1 və “Şkupi” ilə 0:0 hesablı heç-heçə edib, “Mariupol”a isə 2:3 hesabı ilə məğlub olub.xeber100.com