Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Azərbaycan çempionu Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, saat 21:00-da başlayacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…