Ağdamın “Qarabağ” futbol klubu keçirdiyi iki yoxlama oyunu ilə Antalya qış təlim-məşq toplanışına yekun vurub.Klubdan Azərtac-a bildiriblər ki, komandamız günün ilk oyununda Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan komandamız hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Günün ikinci oyununda komandamız Polşanın “Termalika” klubu ilə qarşılaşıb. Komandamız oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbə ilə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsi ilə tamamlayıb. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…