“Qarabağ” futbol klubu ilk yoxlama oyununda məğlub olub

13 Yanvar 2023 13:56

Xəbər 297 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol klubu ilk yoxlama oyununda məğlub olub.

Ağdam təmsilçisi Polşanın “Rakuv” klubu ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb.

Qeyd edək ki, Azərbaycan çempionu Antalyada daha iki yoxlama matçı keçirəcək. Ağdam klubu yanvarın 18-də Serbiyanın “Çukariçki” və Polşanın “Poqon” komandaları ilə üz-üzə gələcək.xeber100.com