“Qarabağ” futbol klubu ilk yoxlama oyununu keçirəcək

19 İyun 2017 11:53

Xəbər 1569 dəfə oxunub

Avstriyada yeni mövsümə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” futbol klubu iyunun 20-də ilk yoxlama oyununu keçirəcək.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq.Kössen qəsəbəsində baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da start götürəcək.Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdirərək “Axmat” olub.xeber100.com