“Qarabağ” futbol klubu müdafiəçisi ilə müqavilənin müddətini artırır

6 May 2022 15:10

Xəbər 577 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır. İtaliya və Yunanıstan klublarından təkliflər alan müdafiəçi daha 3 il Azərbaycanda qalacaq. Kolumbiyalı legioner gələn ilin yayında bitəcək müqaviləsini 2 il müddətinə yeniləməyə razılıq verib. Bunun qarşılığında onun qazancı indiki ilə müqayisədə 100-150 min dollar civarında artırılacaq.“Tank” ləqəbli arxa xətt oyunçusu 2020-ci ilin iyulunda “Çaves”dən transfer olunub.xeber100.com