Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…