“Qarabağ” futbol klubu “Sevilya” komandasının qonağı olacaq

28 Noyabr 2019 10:58

Xəbər 528 dəfə oxunub

Noyabrın 28-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İspaniyanın “Sevilya” komandasının qonağı olacaq.Azərtac xəbər verir ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu – dördüncü yerdə qərarlaşıb.xeber100.com