“Qarabağ” futbol klubu sonuncu yoxlama oyununu keçirib

3 İyul 2017 11:19

Xəbər 1763 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu Danimarkanın “Brondbü” klubu ilə qarşılaşıb. Görüş rəqib 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.“Qarabağ”ın heyətində Dino Ndlovu fərqlənib.Qeyd edək ki, Ağdam təmsilçisi bundan öncə keçirdiyi 3 yoxlama matçında da uduzub. Təmsilçimiz Rusiya Premyer Liqa klubu “Axmat”a 0:1, Bolqarıstanın MOİK klubuna 2:5, digər Rusiya klubu “Dinamo”ya isə 0:1 hesabı ilə məğlub olub.xeber100.com