“Qarabağ” futbol klubu sonuncu yoxlama oyununu keçirib

5 Fevral 2018 13:55

Xəbər 799 dəfə oxunub

“Qarabağ” futbol klubu Antalyada sonuncu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Monteneqronun “Mladost” klubu ilə qarşılaşıb. Oyuna sürətli başlayan rəqib 3-cü dəqiqədə hesabı açıb. Bundan sonra nəzarəti əlinə keçirən komandamız 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Pedro Enrikenin yaddaqalan reydini Mahir Mədətov dəqiq tamamlayıb. Matçın qalan dəqiqələrində komandamız hesabı dəyişmək üçün qol epizodları yaratsa da, bunlardan istifadə edə bilməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.Qeyd edək ki, “Qarabağ” hazırlıq çərçivəsində Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Ukraynanın “Mariupol” (2:3) və Bosniya və Herseqovinanın “Sarayevo” (0:2) klubları ilə yoxlama oyunu keçirib.xeber100.com