“Qarabağ” futbol klubu transfer mövsümünə başlayır

28 May 2019 16:35

Xəbər 735 dəfə oxunub

“Qarabağ” transfer mövsümünə yeni qapıçı almaqla başlayır. Hannes Halldorsonu mövsümün gedişində yola salan ağdamlılar onu daha bir əcnəbi ilə əvəz edəcək.Milli.az xəbər verir ki, Ağdam təmsilçisi Şotlandiyanın “Sent-Mirren” klubunun qolkiperi Vatslav Qladkinin xidmətində maraqlıdı. Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan 29 yaşlı futbolçunu Moskva “Spartak”ı və bir neçə İngiltərə klubu da transfer etmək istəyir. Amma “Qarabağ” bu transferdə daha israrlıdı.Qladki 2016/2017 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın “Slovan” komandasının heyətində yer alıb. Lakin o, “Qarabağ”la hər iki matçda ehtiyatda qalıb.xeber100.com