“Qarabağ” futbol klubu yeni müqavilə imzalayıb

13 May 2017 20:38

Xəbər 666 dəfə oxunub

“Qarabağ” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Əfran İsmayılov daha bir il “Qarabağ”ın şərəfini qoruyacaq.Futbolçu bildirib ki, “Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəyəm. Çalışacağam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir.xeber100.com