“Qarabağ” futbol klubuna 980 min avro vəsait ayrılıb

20 Yanvar 2017 17:56

Xəbər 839 dəfə oxunub

UEFA “Qarabağ” futbol klubuna daha 980 min avro vəsait ayırıb.Azərtac xəbər verir ki, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində iki qələbə qazanıb və bir dəfə meydanı sülhlə tərk edib. Digər üç oyunda isə komanda məğlubiyyətlə üzləşib.xeber100.com