“Qarabağ” futbol klubunun tarixində ikinci seriya…

12 Mart 2018 14:34

Xəbər 1323 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubu ardıcıl 7 oyundur evdə qol buraxmır. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Sumqayıt” ilə görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.xeber100.com