“Qarabağ” ilk oyununu “İveriya” komandasına qarşı keçirəcək

27 May 2017 18:14

Xəbər 825 dəfə oxunub

“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Tbilisidə təşkil olunan Nodar Axalkatsinin xatirəsinə beynəlxalq turnirdə iştirak edir.Azərtac kluba istinadla xəbər verir ki, iyunun 2-dək davam edəcək yarışda komandamız “A” qrupunda Gürcüstanın “İveriya”, “Olimpik” və “Champion” klubları ilə qarşılaşacaq.“Qarabağ” ilk oyununu “İveriya” komandasına qarşı keçirəcək. Görüşlər Tbilisi “Dinamo”su akademiyasının meydançalarında oynanılacaq.xeber100.com