“Qarabağ” – “Kəpəz” matçının keçiriləcəyi stadion dəyişdirilib

30 Mart 2017 12:56

Xəbər 777 dəfə oxunub

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 2-də oynanılacaq “Qarabağ” – “Kəpəz” matçının keçiriləcəyi stadion dəyişdirilib.Azərtac Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Azersun Arena”nın ot örtüyündə yaranan problemlə əlaqədar oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.Qarşılaşma saat 18:30-də başlayacaq.xeber100.com