“Qarabağ” klubu 2019-2020-ci il mövsümündə ilk oyununu keçirəcək

19 Sentyabr 2019 13:24

Xəbər 573 dəfə oxunub

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, rəqib İspaniyanın “Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.“Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.“Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.xeber100.com