“Qarabağ” klubu “Atletiko” ilə qarşılaşacaq

31 Oktyabr 2017 12:07

Xəbər 928 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda mübarizə aparan Ağdamın “Qarabağ” klubu bu gün Madriddəki “Metropolitano” stadionunda “Atletiko” ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq. Baş hakimin köməkçiləri Guido Kleve, Markus Hacker, əlavə köməkçi hakimlər isə Daniel Siebert və Benjamin Branddır. Dördüncü hakim funksiyasını Eduard Beitinger yerinə yetirəcək.Qrupun digər oyununda isə “Roma” İtaliyada “Çelsi”ni qəbul edəcək.Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində səfərdə “Çelsi”yə 0:6, Bakıda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Atletiko” oyununda isə hesab açılmayıb.Qeyd edək ki, “Çelsi” klubu 7 xalla “C” qrupunun lideridir. “Roma” 5 xalla ikinci, “Atletiko” 2 xalla üçüncü, “Qarabağ” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.xeber100.com