Dekabrın 6-da Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Azərbaycan çempionu turnirin qrup mərhələsinin sonuncu – altıncı turunda İtaliya paytaxtında “Roma” klubunun qonağı olub.Yetmiş iki min azarkeş tutumuna malik Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmanın birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Oyunun 14-cü dəqiqəsində “Roma”nın futbolçusu Kostas Manolasın güclü zərbəsini “Qarabağ”ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində “Qarabağ”ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib.İlk hissəsinin sonunadək “Roma” futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, İbrahim Şehiçin möhtəşəm oyunu görüşdə hesabın açılmasına imkan verməyib.“Roma” futbolçuları ikinci hissəyə daha fəal başlayıblar. Görüşün 53-cü dəqiqəsində İtaliya təmsilçisi istəyinə nail olub. Dieqo Perotti İbrahim Şehiçin səhvindən yararlanaraq oyunda hesabı açıb. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçelin baş ilə zərbəsində bir az dəqiqlik çatmayıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…