Bu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, saat 20:00-da baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.UEFA daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan bu oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.“Qarabağ” klubu bu günə kimi “Şerif” ilə beş dəfə üz-üzə gəlib.Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib – 2:0.“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…