“Qarabağ” klubu PAOK-unun qonağı olacaq

4 Noyabr 2016 10:31

Xəbər 914 dəfə oxunub

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” klubu səfərdə Yunanıstan PAOK-unun qonağı olacaq. Azərtac xəbər verir ki, komandamız qarşılaşmanın keçiriləcəyi “Toumba” stadionunda oyunöncəsi son məşqinə çıxıb. Məşq təxminən 1 saat davam edib. Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.xeber100.com