Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, İtaliyanın paytaxtındakı Olimpiya stadionunda “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununu almaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.“Roma”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.Matç Azərbaycan çempionu üçün formal xarakter daşısa da, “Roma” üçün həlledicidir. Çünki səkkizdəbir finala vəsiqə qazanmaq üçün “Roma” mütləq qələbə qazanmalıdır.Baş məşqçi Qurban Qurbanov cəzalı olduqları üçün Rəşad Sadıqov və Pedro Enrikenin xidmətlərindən yararlana bilməyəcək.Hesabında 10 xal olan “Çelsi” klubu “C” qrupunun vahid lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Roma” 8 xalla ikinci, “Atletiko Madrid” 6 xalla üçüncü, “Qarabağ” isə 2 xalla qrupda sonuncu pillədədir.Xatırladaq ki, UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2, “Çelsi”yə isə 0:4 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…