“Qarabağ” klubu transfer çalışmalarını davam etdirir

12 May 2017 12:23

Xəbər 588 dəfə oxunub

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, komandanın yetirməsi və millimizin üzvü Qara Qarayev ilə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən yarımmüdafiəçi daha iki il “Qarabağ”ın formasını geyinəcək.Futbolçu deyib: “Daha iki il “Qarabağ”ın heyətində çıxış etmək mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın xidmətində olmağa çalışacağam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyəm”.xeber100.com