“Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində

18 Avqust 2018 22:20

Xəbər 659 dəfə oxunub

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.Avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com