Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, I qrupunda yer alan Ağdam təmsilçisi ikinci sınağında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Matç Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Görüşün əsas hakimi Referi Pavel Orelə olacaq. Ona həmyerliləri Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.“Köhlən atlar” Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyunu İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçirəcək.Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. “Qarabağ”da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. “Vilyarreal”da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaqlar.Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ilk oyununda İsrailin “Makkabi Təl-Əviv” komandasına uduzub – 0:1. “Vilyarreal” isə öz meydanında keçirdiyi görüşdə “Sivasspor”a qalib gəlib – 5:3.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…